Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

İlin əvvəlindən 4 minə yaxın kommersiya qurumu dövlət qeydiyyatından keçib

2024-cü ilin may ayının 1-nə respublika üzrə uçotda olan 1.547.914 vergi ödəyicisinin 87,3 faizi fiziki şəxs, 12,7 faizi hüquqi şəxs və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,3 faiz, o cümlədən fiziki şəxslərin sayı 7,3 faiz (ümumi artımın 86,5 faizi), hüquqi şəxslərin sayı 7,8 faiz (ümumi artımın 13,5 faizi) artıb. Təhlil aparılan dövrdə vergi ödəyicilərinin ümumi sayında hüquqi şəxslərin xüsusi çəkisi 12,7 faiz olub. Kommersiya qurumlarının sayı 180.174 vahid təşkil edib və müqayisə edilən dövr ərzində 8,5 faiz artıb.

2024-cü ilin yanvar-aprel aylarında 3.995 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bunun da 3.583-i yerli investisiyalı, 412-si xarici investisiyalı qurumlardır. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 78,5 faizi elektron qaydada edilmiş müraciətlər əsasında qeydə alınıb. Bu dövrdə qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 87,9 faiz təşkil edib. Bu ilin 4 ayında yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 540 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 13,5 faiz, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 15,1 faiz təşkil edib. Ümumiyyətlə, 2024-cü ilin yanvar-aprel aylarında icra olunmuş elektron qeydiyyat ərizələrinin 2.587-si Asan imza ilə təqdim olunub.

2024-cü ilin may ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,0 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,2 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb. Hesabat dövrünə dövlət qeydiyyatında olan 115.547 kommersiya qurumunun vəziyyəti aktiv olub. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 11,1 faiz artıb, xüsusi çəkisi isə 1,4 faiz artaraq 64,1 faiz olub.

2024-cü ilin may ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 36.721 vahid təşkil edərək 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,6 faiz artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 31,8 faiz təşkil edib.