Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 13% artıb

2024-cü ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 6 mlrd. 657 mln. 339,4 min manat təşkil edib. Dövlət büdcəsinə proqnozdan əlavə 954,2 milyon manat vəsait daxil olub.

Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 13% artaraq 4 mlrd. 522,6 mln. manata çatıb.

Ödənilən vergilərin 67,9 faizi qeyri-neft-qaz sektorunun, 32,1 faizi isə neft-qaz sektorunun payına düşüb.