Əmək müqavilələrinin sayı 1,8 milyondan çoxdur
5 ildən çox bir müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 442.126 vahid artıb və 2024-cü ilin may ayının 1-nə 1.844.041 olub. Qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 398.852 vahid artaraq 938.774 olub.