Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

DVX ADA Universitetində keçirilən 12-ci Karyera sərgisində təmsil olunub

ADA Universitetində 12-ci Karyera sərgisi keçirilib. “İstedadlarla karyera yolları arasında körpü” devizi altında keçirilən sərgidə dövlət və özəl sektordan olan 137 qurum öz fəaliyyət istiqamətləri və karyera imkanları barədə ətraflı məlumat veriblər.

Sərgiyə Dövlət Vergi Xidməti də öz stendi ilə qatılıb. Burada tələbələrə Dövlət Vergi Xidmətində iş imkanları, işə qəbul prosesi, ali təhsil müəssisələrinin tələbələri üçün təşkil olunan Yay Təcrübə Proqramı barədə ətraflı məlumat verilib.

Karyera sərgisi ADA Universitetinin tələbə və məzunları üçün potensial işəgötürənlərlə tanış olmaq, tərcümeyi-halını birbaşa onlara təqdim etmək və yerindəcə müsahibələrdə iştirak etmək fürsəti yaradıb.