Özbəkistan Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın bu ölkədə işgüzar səfərdə olan iqtisadiyyat naziri Mikayıl Cabbarovu və energetika naziri Pərviz Şahbazovu qəbul edib.
Qəbulda Azərbaycan - Özbəkistan strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi və iki ölkə prezidentlərinin siyasi iradəsi və dostluq münasibətləri əsasında daha yüksək səviyyəyə çatdırıldığı vurğulanıb. İqtisadi platformada ortaq maraqlara xidmət edən təşəbbüslər və əməkdaşlıq formatının birgə inkişafa töhfələri barədə fikir mübadiləsi aparılıb.