Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Ümummilli Liderin xatirəsinə həsr olunmuş intellektual turnirin ikinci yarımfinal mərhələsi keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunları üzə turnirin ikinci yarımfinal mərhələsi keçirilib.

Turnirin ikinci mərhələsinin açılışında çıxış edən DVX rəisinin müşaviri, Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi, turnirin münsiflər heyətinin sədri Elçin Məmmədov bilik yarışına yüksək marağın olduğunu bildirib.  Qeyd olunub ki, “Nə? Harada? Nə zaman?” intellektual oyunları daim Azərbaycanda populyar turnirlərdən biridir və belə oyunlar əməkdaşların bilik, erudisiya, dünyagörüşü və məntiqi düşünmə bacarıqlarının artırılması baxımından da böyük əhəmiyyətə malikdir.

Turnirin ikinci mərhələsinə 22 komanda qatılıb. 6 raunddan ibarət oyunda iştirakçılar müxtəlif mövzulara həsr edilmiş suallara cavab tapmağa çalışıblar. Hər raundun sonunda cavablar xüsusi məlumat formasında təhvil verilib. Düzgün cavablar turnirin münsiflər heyəti tərəfindən qiymətləndirilib. İkinci yarımfinal mərhələsində uğurlu nəticə göstərmiş 11 komanda növbəti mərhələdə iştirak üçün vəsiqə qazanıb.

“Nə? Harada? Nə zaman?” intellektual turnirinin final mərhələsi may ayında keçiriləcək.