Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Tibb müəssisələrinin nümayəndələri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinliklər və təkliflərinin öyrənilməsi istiqamətində qarşılıqlı əməkdaşlığı və görüşləri davam etdirir. Vergi siyasəti baş idarəsinin təşkilatçılığı ilə keçirilən növbəti belə görüş DVX-nin funksional strukturlarının rəhbər vəzifəli şəxsləri, NKA operatorları və 20-yə yaxın aparıcı klinikanın nümayəndələri arasında keçirilib.

Görüşdə nağdsız qaydada və nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə həyata keçirilən ödənişlər əsasında formalaşan dövriyyəsinin 50 faizi məbləğində verilən ƏDV güzəştindən istifadə vəziyyəti, həmçinin səhiyyə müəssisələri üzrə əmlak vergisi, muzdlu işlə əlaqədar gəlir vergisi ilə bağlı güzəşt və azadolmaların klinikaların iqtisadi göstəricilərinə təsiri kimi məsələlər müzakirə edilib.

Bundan başqa, DVX-nin funksional strukturlarının nümayəndələri səhiyyə sektorunda fəaliyyət göstərən ödəyicilərin vergi öhdəliklərinə əməletmə vəziyyəti, tibb müəssisələrində keçirilən vergi nəzarəti tədbirləri zamanı aşkarlanan qanunvericiliyin pozulması hallarından bəhs edib və bu istiqamətdə biznes nümayəndələrindən gözləntiləri diqqətə çatdırıblar. Səhiyyə müəssisələri tərəfindən əvvəlki tədbirlərdə səsləndirilən təkliflərlə bağlı görülən işlər barədə məlumat verilib, belə görüşlərin davamlı olacağı bildirilib.