İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatının va strukturuna daxil olan qurumların ərazi yurisdiksiyası barədə
Azərbaycan Respublikasının Vergi Məcəlləsi və Azərbaycan Respublikası Prezidentinin aktı ilə, eləcə də təşkilati-sərəncamverici sənədlərlə (o cümlədən struktur bölmələrin əsasnamələri ilə) vergi orqanlarına həvalə edilən səlahiyyətlərin həyata keçirilməsinin ərazi yurisdiksiyasının müəyyən edilməsi və hüquqi müəyyənliyin təmin edilməsi məqsədilə Dövlət Vergi Xidmətinin Aparatının və strukturuna daxil olan qurumların ərazi yurisdiksiyasının təsdiq edilməsinə zərurət yaranmışdır.
Göstərilənləri nəzərə alaraq, “İqtisadiyyat Nazirliyi yanında Dövlət Xidmətlərinin fəaliyyəti ilə bağlı bəzi hüquqi məsələlər haqqında” Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 2020-ci il 11 iyun tarixli F-64 nömrəli əmrinin 1-ci hissəsini və “Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6sasnaməsi”nin 5.5.1-ci və 5.5.9-cu yarımbəndlərini rəhbər tutaraq,
Ə M R E D İ R Ə M
- “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatının və strukturuna daxil olan qurumların ərazi yurisdiksiyası” təsdiq edilsin (əlavə olunur).
- Vergilər Nazirliyinin 13 noyabr 2002-ci il tarixli A-188 saylı əmrinin 2-ci hissəsi ilə təsdiq edilmiş 6lavə №2 (həmin 6lavəyə sonradan edilmiş dəyişikliklər nəzərə alınmaqla), həmin əmrin 3-cü və 4-cü hissələri, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 06.12.2021-ci il tarixli 2117040101246800 nömrəli əmrinin 1-ci hissəsi ləğv edilsin.
- Bu əmr 01.04.2024-cü il tarixdən qüvvəyə minir.
Dövlət Vergi Xidmətinin rəisi,
3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Orxan Nəzərli
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatının və strukturuna daxil olan qurumların ərazi yurisdiksiyası | ||
Sıra № | Vergi orqanının adı | Ərazi yurisdiksiyası |
1 | Dövlət Vergi Xidmətinin Aparatı | Bütün ölkə ərazisi |
2 | Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi | 1. Bakı şəhəri (Milli Gəlirlər Baş İdarəsində uçotda olan vergi ödəyiciləri istisna olmaqla) 2. 5 saylı Ərazi Vergilər İdarəsi, 6 saylı Ərazi Vergilər Baş İdarəsi, 8 saylı Ərazi Vergilər İdarəsi, 13 saylı Ərazi Vergilər İdarəsi, Qarabağ Ərazi Vergilər Baş İdarəsi və Şərqi Zəngəzur Ərazi Vergilər İdarəsinin ərazi yurisdiksiyasına daxil olan inzibati ərazi vahidləri. |
3 | Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsi | 1. Bakı şəhəri. 2. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində uçotda olan vergi ödəyicilərinin təsərrüfat subyektinin (obyektinin) yerləşdiyi digər vergi orqanlarının ərazi yurisdiksiyasına daxil olan inzibati ərazi vahidləri. |
4 | Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi | Bütün ölkə ərazisi |
5 | Milli Gəlirlər Baş İdarəsi | 1. Bakı şəhəri (Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində uçotda olan vergi ödəyiciləri istisna olmaqla) |
6 | İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi | Bütün ölkə ərazisi |
7 | Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsi | Bütün ölkə ərazisi (Milli Gəlirlər Baş İdarəsində uçotda olan vergi ödəyiciləri istisna olmaqla) |
8 | Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsi | Bütün ölkə ərazisi |
9 | 2 saylı Ərazi Vergilər Baş İdarəsi | Sumqayıt şəhəri |
Abşeron rayonu | ||
Xızı rayonu | ||
Siyəzən rayonu | ||
10 | 3 saylı Ərazi Vergilər İdarəsi | Quba rayonu |
Qusar rayonu | ||
Şabran rayonu | ||
Xaçmaz rayonu | ||
11 | 4 saylı Ərazi Vergilər İdarəsi | Şamaxı rayonu |
Ağsu rayonu | ||
Qobustan rayonu | ||
12 | 5 saylı Ərazi Vergilər İdarəsi | Şirvan şəhəri |
Neftçala rayonu | ||
Saatlı rayonu | ||
Sabirabad rayonu | ||
Salyan rayonu | ||
Hacıqabul rayonu | ||
13 | 6 saylı Ərazi Vergilər Baş İdarəsi | Lənkəran rayonu |
Astara rayonu | ||
Biləsuvar rayonu | ||
Yardımlı rayonu | ||
Lerik rayonu | ||
Masallı rayonu | ||
Cəlilabad rayonu | ||
14 | 8 saylı Ərazi Vergilər İdarəsi | Beyləqan rayonu |
Ağcabədi rayonu | ||
İmişli rayonu | ||
15 | 9 saylı Ərazi Vergilər İdarəsi | Göyçay rayonu |
Ağdaş rayonu | ||
Zərdab rayonu | ||
Kürdəmir rayonu | ||
Ucar rayonu | ||
16 | 10 saylı Ərazi Vergilər İdarəsi | Qəbələ rayonu |
İsmayıllı rayonu | ||
Oğuz rayonu | ||
17 | 11 saylı Ərazi Vergilər Baş İdarəsi | Yevlax rayonu |
Mingəçevir şəhəri | ||
Şəki rayonu | ||
Bərdə rayonu | ||
Tərtər rayonu | ||
18 | 12 saylı Ərazi Vergilər Baş İdarəsi | Gəncə şəhəri |
Naftalan şəhəri | ||
Daşkəsən rayonu | ||
Goranboy rayonu | ||
Samux rayonu | ||
Göygöl rayonu | ||
19 | 13 saylı Ərazi Vergilər İdarəsi | Zaqatala rayonu |
Qax rayonu | ||
Balakən rayonu | ||
20 | 14 saylı Ərazi Vergilər İdarəsi | Şəmkir rayonu |
Ağstafa rayonu | ||
Qazax rayonu | ||
Gədəbəy rayonu | ||
Tovuz rayonu | ||
21 | Qarabağ Ərazi Vergilər Baş İdarəsi | Xankəndi şəhəri |
Ağdam rayonu | ||
Ağdərə rayonu | ||
Füzuli rayonu | ||
Xocalı rayonu | ||
Xocavənd rayonu | ||
Şuşa rayonu | ||
22 | Şərqi Zəngəzur Ərazi Vergilər İdarəsi | Cəbrayıl rayonu |
Kəlbəcər rayonu | ||
Qubadlı rayonu | ||
Laçın rayonu | ||
Zəngilan rayonu |