“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək
2024-cü ilin 26 aprel tarixində saat 11:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək.
İclasda “Vergitutma” indikatoru üzrə məlumatlılığın artırılması istiqamətində özəl sektor nümayəndələri, o cümlədən konsaltinq şirkətləri arasında müvafiq məlumatlandırma və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı görülmüş işlər, "Business Ready" hesabatının “Vergitutma” indikatorunun sorğu vərəqinin sualları üzrə dövlət və özəl sektorun cavablarındakı fərqli məqamlar müzakirə olunacaq.
İclasda, həmçinin, “Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi” çərçivəsində icra olunan layihələr və “Vergitutma” indikatoru üzrə müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın aparılmasına dair 2024-cü il üzrə Yol Xəritəsi”ndə nəzərdə tutulan tədbirlər barədə məlumat təqdim ediləcək.
Vətəndaşlar, o cümlədən özəl sektor nümayəndələri Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın https://azranking.az internet portalının “onlayn müraciət (https://azranking.az/online-apply)” bölməsi və “Təklif göndər” onlayn xidməti vasitəsilə işçi qrupun işində iştirak edərək aidiyyəti sahə və məsələlər barədə təkliflər təqdim edə bilərlər.