Dövlət Vergi Xidməti tərəfindən maarifləndirici flayerlər hazırlanıb
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı vergi ödəyicilərinin məlumatlandırılması və maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər nəzərə alınmaqla maarifləndirici flayerlər hazırlanıb və qurumun rəsmi internet səhifəsində yerləşdirilib.
“Cari vergi ödəmələri barədə bunları bilməlisiniz!”, “Gəlirdən çıxılan xərclərlə bağlı bunları bilməlisiniz!”, “Torpaq vergisi ödəyicisi olan müəssisələrin nəzərinə!”, “Gəlir vergisinin ödəyicilərinin nəzərinə!”, “ƏDV ödəyiciləri bunları bilməlidir!”, “Yükdaşıma fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin nəzərinə!”, “Ödəmə mənbəyində vergi tutanların nəzərinə!”, “Nümayəndəlik, mənzil və yemək xərclərinizi norma daxilində gəlirdən çıxılan xərclərə aid edə bilərsiniz!”, “Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirildi”, “Sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi istiqamətində dəyişikliklər”, “Vergi ödəyicilərinin müraciətlərinin cavablandırılması daim diqqət mərkəzindədir!”, “Mikro sahibkarların nəzərinə!”, “Sosial xarakterli güzəştlərin tətbiqi ilə əhalinin vergi yükü azaldıldı”, “Tütün məmulatları üzrə aksizin ödənilməsi mexanizmi dəyişdirildi”, “Dövlət reyestri aparılan daşınar və daşınmaz əmlakların reyestr məlumatlarına əsasən siyahıya alınması mümkün olacaq” adlı flayerlərdə vergi ödəyiciləri üçün zəruri məlumatlar yer alır.
Flayerlərlə tanış olmaq üçün bu keçiddən istifadə edə bilərsiz: https://www.taxes.gov.az/az/page/vergilere-aid-nesrler