Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Naxçıvanda vergi xidmətlərindən istifadə səviyyəsi artır

2024-cü ilin yanvar-mart aylarında Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinə xidmət strukturlarında ümumilikdə 7.986 şəxs qəbul edilib. Xidmət strukturları tərəfindən vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 10.130 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 dəfə çoxdur.

Cari ilin yanvar-mart aylarında vergi ödəyicilərinə 162.514 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 25 görüş keçirilib, 166 sayda ünvanlı xidmət göstərilib. Həmin dövrdə 1.300 müraciət üzrə 2.355 Asan İmza sertifikatı verilib.

2024-cü ilin 1-ci rübü ərzində Naxçıvan, Şərur və Ordubad şəhərlərində fəaliyyət göstərən Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən ümumilikdə 7.451 şəxs qəbul edilib və onlara 9.510 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 dəfə çoxdur.