Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

“Biznesə daxilolma” İşçi qrupunun videokonfrans formatında iclası keçiriləcək

2024-cü il aprelin 23-də saat 10:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Biznesə daxilolma” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək.

İclasda “Biznesə daxilolma” indikatoru üzrə məlumatlılığın artırılması istiqamətində özəl sektorun nümayəndələri, o cümlədən konsaltinq şirkətləri arasında müvafiq məlumatlandırma və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi istiqamətində görülmüş işlər, "Business Ready" hesabatının “Biznesə daxilolma” indikatorunun sorğu vərəqinin sualları üzrə dövlət və özəl sektorun cavabları arasındakı fərqli məqamlar müzakirə olunacaq.

İclasda, həmçinin, “Dünya Bankı Qrupunun “Əlverişli biznes mühiti” layihəsinin “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi” çərçivəsində icra edilən layihələr və “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi”ndə nəzərdə tutulan tədbirlər barədə məlumat təqdim olunacaq.

Vətəndaşlar, o cümlədən özəl sektor nümayəndələri iclasla əlaqədar Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın https://azranking.az internet portalının “onlayn müraciət (https://azranking.az/online-apply)” bölməsi və “Təklif göndər” onlayn xidməti vasitəsilə işçi qrupun işində iştirak etməklə aidiyyəti sahə və məsələlər barədə təkliflər təqdim edə bilərlər.