Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 11,3 faiz artıb

2024-cü ilin yanvar-mart ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 4 milyard 281 milyon 505,1 min manat vergi daxil olub. Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 11,3% artaraq 2 mlrd. 914,2 mln. manata çatıb.

Ödənilən vergilərin 68 faizi qeyri-neft-qaz sektorunun, 32 faizi isə neft-qaz sektorunun payına düşüb.