Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Əmək müqavilələrinin sayı 1,8 milyondan çoxdur

5 ilə yaxın bir müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti  tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əmək haqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 437.194 vahid artıb və 2024-cü il aprelin 1-nə 1.839.109-a çatıb. Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 386.253 vahid artaraq 926.175 olub. 2024-cü ilin birinci rübü ərzində qeyri-neft sektorunun özəl bölməsində 28.231 yeni əmək müqaviləsi bağlanıb.