Naxçıvanda vergi xidmətlərindən istifadə səviyyəsi artır
2024-cü ilin ilk 2 ayında Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinə xidmət strukturlarında ümumilikdə 5.784 şəxs qəbul edilib. Xidmət strukturları tərəfindən vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 7.608 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 dəfə çoxdur.
Cari ilin yanvar-fevral aylarında vergi ödəyicilərinə 150.219 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 20 görüş keçirilib, 104 sayda ünvanlı xidmət göstərilib. Həmin dövrdə 1.008 müraciət üzrə 1.825 Asan İmza sertifikatı verilib.
İlin əvvəlindən Naxçıvan Şəhər Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət mərkəzi tərəfindən ümumilikdə 3.820 şəxs qəbul edilib və onlara 5.496 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur.