Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Qeyri-neft-qaz sektorundan daxilolmalar 14,8 faizdən çox artıb

2024-cü ilin yanvar-fevral ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 3 milyard 156 milyon 568,9 min manat vergi daxil olub.

Qeyri-neft-qaz sektorundan daxilolmalar 1,9 milyard manatdan çox təşkil edib. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 245,7 milyon manatdan, yaxud 14,8 faizdən çox artıb.