Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 41,3 faiz artıb
2024-cü ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz artaraq 605,9 min manat olub. Həmin dövrdə icbari tibbi sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin müvafiq dövrünə nisbətən 41,3 faiz artıb və 4,9 milyon manat təşkil edib.