Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Sosial sığorta ödəmələri artıb

2024-cü ilin yanvar-fevral ayı ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 862,8 milyon manata yaxın olub. Bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,4 faiz və ya 115,2 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 15,6 faiz artaraq 563,7 milyon manatdan çox olub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 29,7 milyon manatan çox təşkil etməklə ötən ilin eyni dövrü ilə müqayisədə 18,5 faiz artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 16,7 faiz artaraq 22,8 milyon manat olub.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 15,5 faiz artıb və 153,2 milyon manata yaxın təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 13,9 faiz artaraq 110,4 milyon manat olub.