“Müyəssərlik menyusu” əlavə olunub
Hörmətli vergi ödəyiciləri!
Fiziki məhdudiyyətli şəxslərin məlumatlandırma imkanlarının genişləndirilməsi məqsədilə Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinə (www.taxes.gov.az) “Müyəssərlik menyusu” əlavə olunub.
Dövlət Vergi Xidməti vergi ödəyicilərinə konsaltinq xidmətləri göstərən özəl müəssisələrə fiziki məhdudiyyətli ödəyicilərin faydalanması üçün analoji xidmətlərin təqdim olunmasını tövsiyə edir.