İqtisadiyyat Nazirliyinin əməkdaşları üçün təlim keçirilib
İqtisadiyyat Nazirliyi tərəfindən Nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların media və kommunikasiya sahəsində çalışan mütəxəssisləri üçün mütəmadi olaraq təlimlər keçirilir. Bu cür təlimlərdən biri Nazirliyin kommunikasiya strategiyası üzrə fəaliyyət istiqamətləri ilə bağlı təşkil olunub.
Təlimdə qurumun fəaliyyət istiqamətləri üzrə maarifləndirici materialların, həmçinin yenilik və dəyişikliklərin ictimaiyyətə çatdırılması üçün tələb olunan şərtlər diqqətə çatdırılıb, tələb olunan bilik və bacarıqlarln artırılması ilə bağlı tövsiyələr verilib.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, təkliflər müzakirə edilib.