Vergi Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı mediatorlarla görüş keçirilib
Vergi Məcəlləsinə dəyişikliklərlə əlaqədar mediasiya təşkilatları və mediatorların məlumatlandırılması məqsədilə Dövlət Vergi Xidməti və Mediasiya Şurası arasında onlayn platforma üzərindən görüş keçirilib.
Mediasiya Şurasının Etika Komitəsinin sədri, mediator Aqil Əsgərov mediasiya təşkilatları əməkdaşlarını və mediatorları maraqlandıran suallarla bağlı çıxış edib. DVX-nin rəhbər vəzifəli şəxsləri Nigar Vahabzadə, Məmməd Quliyev və Yunis Quliyev Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər çərçivəsində mediasiya təşkilatları nümayəndələrini və mediatorları maraqlandıran suallara aydınlıq gətiriblər. 86 nəfər mediatorun iştirak etdiyi görüşdə vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı son yeniliklər müzakirə olunub.