Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergi xidməti işçilərinin peşə bayramına həsr edilmiş tədbir keçirilib

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında vergi xidməti işçilərinin peşə bayramına həsr edilmiş tədbir təşkil olunub. Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayan tədbirdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli vergi əməkdaşlarını bayram münasibətilə təbrik edib. Qeyd olunub ki, bu gün dövlət büdcəsinə vergi daxilolmalarının artımı, iqtisadiyyatda şəffaflaşmanın təmin edilməsi, əmək münasibətlərinin rəsmiləşdirilməsi və s. sahələrdə müsbət nəticələrin bünövrəsində vergi xidməti işçilərinin fədakar əməyi, peşəkarlığı və yorulmaz fəaliyyəti dayanır.

DVX rəisi vergi sisteminin qarşısında duran strateji vəzifələrə yalnız peşəkar, səriştəli komanda ilə çatmağın mümkünlüyünü diqqətə çatdırıb. O.Nəzərli qarşıda duran yeni çağırışlar, inkişaf strategiyası barədə fikirlərini çatdırıb, əməkdaşlara işlərində uğurlar arzulayıb.

Sonra peşə bayramı münasibətilə konsert keçirilib. Konsert proqramında respublikanın tanınmış incəsənət xadimləri çıxış ediblər.