Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 18 iyul tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 18 iyul tarixli 168 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 625 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert Komissiyası haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.1.9-cu yarımbənd əlavə edilsin:
“3.1.9. Nəzarət-kassa aparatlarının operatorlarına dair funksional tələblər və fəaliyyətinin təşkili üzrə təlimatın təsdiq edilməsi.”.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 5 fevral 2024-cü il
№ 67