Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 69 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə “2710 19 210 1” və “2710 19 210 9” alt yarımmövqelərinə aid sətirlər aşağıdakı redaksiyada verilsin:

2710 19 210 1 - reaktiv mühərriklər üçün  TC-1 markalı yanacaq  - 1 ton üçün 80,0 manat (31.12.2024-cü il tarixinədək – 1,0 manat)

2710 19 210 9 - reaktiv mühərriklər üçün digər yanacaq - 1 ton üçün 80,0 manat (31.12.2024-cü il tarixinədək – 1,0 manat)

2. Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 31 yanvar 2024-cü il
№ 59