İqtisadiyyat Nazirliyinin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib
20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar iqtisadiyyat naziri Mikayıl Cabbarov və Nazirliyin kollektivi Şəhidlər xiyabanını ziyarət edib.
Müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi dərin hörmət və minnətdarlıqla yad olunub, məzarları üzərinə gül dəstələri qoyulub.