Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sığortaedənlərin ödədikləri MDSS haqlarının subsidiyalaşdırılması haqqında bildiriş

 Nazirlər Kabinetinin 8 dekabr 2023-cü il tarixli Qərarı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən sığortaedənlər (sığortaolunanlar) tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması şərtləri, subsidiyaların ödənilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası” təsdiq edilib (https://e-qanun.az/framework/55748).

Vergi ödəyiciləri işğaldan azad edilmiş ərazilərdə vergi uçotunda olduqları və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərdikləri təqdirdə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının (sığortaedənin vəsaiti üzrə) subsidiyalaşdırılması üçün təsdiq edilmiş Qaydanın 1 nömrəli əlavəsinə uyğun olaraq elektron ərizə formasında İnternet Vergi İdarəsindəki elektron kabinet vasitəsilə vergi orqanına müraciət edə bilərlər.