Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Naxçıvanda sosial sığorta haqları üzrə daxilolmalar 11,2 faiz artıb

Naxçıvan Muxtar Respublikasında 2023-cü ildə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 147,6 milyon manatdan çox olub. Bu, 2022-ci illə müqayisədə 11,2 faiz və ya 14,8 milyon manat çoxdur. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2022-ci ilə nisbətən 20,2 faiz artaraq 45,8 milyon manat təşkil edib.
2023-cü il ərzində işsizlikdən sığorta haqları üzrə daxilolmalar əvvəlki illə müqayisədə 16,7 faiz artıb və 4 milyon manat olub. Həmin dövrdə icbari tibbi sığorta haqları üzrə daxilolmalar 2022-ci ilə nisbətən 5,5 faiz artaraq 24,3 milyon manatdan çox təşkil edib.