Məlumat forması təsdiq edilib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 29.11.2023-cü il tarixli əmri ilə “Cari ilin büdcə-vergi siyasəti çərçivəsində hazırlanmış Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər aidiyyəti normativ hüquqi aktlarda ediləcək dəyişikliklərlə əlaqədar görülməli işlər barədə” Tədbirlər Planı təsdiq edilib.
Tədbirlər Planına əsasən, Dövlət Vergi Xidməti idxal olunmuş kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışını həyata keçirən vergi ödəyicilərinin idxal etdikləri kənd təsərrüfatı məhsullarına görə ödənilmiş ƏDV-ni əvəzləşdirmək və həmin məhsulların təqdim olunması zamanı ƏDV-ni əməliyyatın tam dəyərindən hesablamaq hüququndan istifadə ilə bağlı məlumat formasını təsdiq edib.
Məlumat forması ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:
https://www.taxes.gov.az/uploads/2023/beyanname/KT.xlsx