Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli 481 nömrəli Qərarı ilə təsdiq edilmiş “Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə vergi orqanlarına məlumat göndərilməli olan icazələrin Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 977-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli 481 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1969; 2018, № 11, maddə 2439; 2021, № 5, maddə 533) ilə təsdiq edilmiş “Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə vergi orqanlarına məlumat göndərilməli olan icazələrin Siyahısı”nın 9-12-ci hissələri aşağıdakı redaksiyada verilsin:
9. Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara verilən beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsi.
10. Ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi.
11. Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi.
12. Taksi sifarişi operatoru fəaliyyətinə icazə.”
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 25 dekabr 2023-cü il № 472