Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Dövlət vergi orqanlarının vəzifəli şəxslərinin peşə hazırlığının təşkili qaydaları

Vergilər Nazirliyinin 24 iyun 2014-cü il tarixli, 1417040100758700 nömrəli əmrinə Əlavə 2 (19 dekabr 2014-cü il tarixli, 1417040101728300 nömrəli Əmrlə edilmiş dəyişikliklərlə)

1. Ümumi müddəalar

1.1. "Dövlət vergi orqanlannın vəzifəli şəxslərinin peşə hazırlığının təşkili Qaydalan" (bundan sonra - Qaydalar) Azərbaycan Respublikasının Vergi Məcəlləsinə, Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-IIQ saylı qanunu ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə"yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli, 90 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin Əsasnamə"sinə, mövcud təhsil qanunvericiliyinə və digər normativ-hüquqi aktlara və Vergilər Nazirliyinin tədris konsepsiyasına uyğun olaraq hazırlanmışdır.

1.2. Bu Qaydalar dövlət vergi orqanlarının vəzifəli şəxslərinin (bundan sonra - əməkdaşlar) peşə hazırlığının təşkili qaydalarını müəyyən edir.

1.3. Əməkdaşların peşə hazırlığı aşağıdakı təlim formalarından ibarətdir:

1.3.1. İlkin hazırlıq kursu;

1.3.2. İxtisasartırma kursu;

1.3.3. Treninqlər

1.4. Dövlət vergi orqanlarında təşkil edilən ilkin hazırlıq, ixtisasartırma kursları və treninqlərin məqsədləri, müddətləri və tədris proqramları qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin (bundan sonra - Nazirlik) və digər aidiyyəti qurumlarm normativ aktları, həmçinin bu Qaydalarla müəyyən edilir.

1.5. Dövlət vergi orqanlarında peşə hazırlığının təşkili, kursların keçirilməsinə təşkilati rəhbərlik, nəzarət və əməli köməklik İnsan resursları idarəsi tərəfindən, tədris-metodiki məsələlərin həlli isə Vergilər Nazirliyinin Tədris Mərkəzi (bundan sonra - Mərkəz) tərəfindən həyata keçirilir.

1.6. Əməkdaşların peşə hazırlığının nəticələri üzrə uçot AVİS kadr və AVİS tədris altmodullarında avtomatik olaraq aparılır.

1.7. Dövlət vergi orqanlarının struktur bölmələrinin rəhbərləri kurslara (treninqlərə) göndərilən əməkdaşları yolda və təlim prosesində davranış qaydaları, vəzifə borcları barədə təlimatlandırmalı və mövsümə uyğun xüsusi geyim formasında (stajçı əməkdaşlar istisna olmaqla) təyin olunmuş vaxtda tədris yerinə gəlmələrini təmin etməlidirlər.

1.8. İntizamsızlıq, üzrsüz səbəbdən tədrisdən yayınma və digər mənfi səbəblərə görə kursdan xaric edilmiş əməkdaşlar barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görülür.

1.9. Peşə hazırlığının illik tədris-təlim qrafiki və tədris-mövzu planları təlimin forması, müddəti, keçiriləcəyi vaxt, məqsəd və xüsusiyyətləri nəzərə alınmaqla İnsan resursları idarəsi tərəfindən Tədris Mərkəzinin (bundan sonra Mərkəz) təklifləri nəzərə alınmaqla hazırlanır və vergilər naziri tərəfindən hər il fevralın 1 -dək təsdiq edilir.

2. Mərkəzdə kurs keçən əməkdaşların hüquq və vəzifələri

2.1. Əməkdaşların vəzifələri:

- öz peşə və hüquqi biliklərini, işgüzar keyfiyyətlərini təkmilləşdirmək;

- tədris-mövzu planlarında nəzərdə tutulmuş bütün təlim növlərini yerinə yetirmək;

- etik davranış və daxili intizam qaydalarının tələblərinə riayət etmək;

- qanunvericiliyə uyğun olaraq digər vəzifələri həyata keçirmək.

2.2. Əməkdaşlarm hüquqlan:

- ixtisasına uyğun olaraq nəzəri və praktik əhəmiyyət kəsb edən problemlər üzrə məsləhətlər almaq;

- auditoriyalardan, kitabxanadan, oxu zalından, kompüter mərkəzindən və digər köməkçi tədris vasitələrindən istifadə etmək;

- fəaliyyət istiqamətinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

3. İlkin hazırlıq kursu

3.1. Müəyyən edilmiş qaydada dövlət vergi orqanlarında yeni işə qəbul edilən stajçı əməkdaşlar staj müddətində ilkin hazırlıq kursu keçməlidirlər.

3.2. Əməkdaşların ilkin hazırlıq kursu kombinə edilmiş təhsil sistemi tətbiq edilməklə üç mərhələdə aparılır. Birinci mərhələ - 25 iş günü Mərkəzdə, ikinci mərhələ - 25 iş gününədək xidmət yeri üzrə tutduğu vəzifədə təcrübə keçmə, üçüncü mərhələ - kursun son 4 iş günü Mərkəzdə.

3.3. İlkin hazırlıq kursunun başlanmasına azı 1-2 gün qalmış stajçı əməkdaşlar Nazirliyin müvafiq əmri ilə Mərkəzə ezam edilirlər.

4. İxtisasartırma kursu

4.1. Əməkdaşlar Mərkəzdə, zərurət yarandığı hallarda isə digər qurumların tədris müəssisələrində, əsas xidməti vəzifələrindən ayrılmaqla və ya ayrılmadan 2 ildə bir dəfədən çox olmayaraq ixtisasartırma kursu keçir.

4.2. Staj müddəti bitməyən və ilkin hazırlıq kursunda iştirak tarixindən 2 il keçməyən əməkdaşlar zərurət olmadıqda ixtisasartırma kurslarına cəlb edilmir.

4.3. Növbəti ildə ixtisasartırma kurslarına cəlb ediləcək əməkdaşlar barədə struktur bölmələrin rəhbərləri tərəfindən hər il dekabr ayının 1-dək, Nazirlik tərəfindən müəyyən olunmuş forma üzrə İnsan resurslan idarəsinə məlumat göndərilir.

Məlumat hazırlanan zaman aşağıdakı kriteryalar üzrə növbəlilik nəzərə alınmalıdır:

- Xidmət dövründə ümumiyyətlə ixtisasartırmada iştirak etməyən əməkdaşlar;

- Sonuncu ixtisasartırma kursunda peşə hazırlığı səviyyəsi "kafi" (təkmilləşdirilməlidir) qiymətləndirilən əməkdaşlar;

- Bir funksional fəaliyyət istiqamətindən digər fəaliyyət istiqamətinə yeni təyin olunan əvvəllər mövcud olan əməkdaşlar;

- Son bir ildə icra intizamını pozduğuna görə barəsində xəbərdarlıq və ya intizam tənbehi tədbiri görülmüş əməkdaşlar;

- Fəaliyyətinin qiymətləndirilməsi balı aşağı olan əməkdaşlar.

4.4. İxtisasartırma kursunun planlaşdırılması və təşkili məqsədi ilə Nazirliyin İnsan resursları idarəsi tərəfindən ixtisasartırma kurslarına cəlb ediləcək əməkdaşlar barədə məlumatlar toplanır, ümumiləşdirilir, sistemləşdirilir və Mərkəzin təklifləri nəzərə alınmaqla Nazirlik tərəfindən müəyyən olunmuş formada illik plan-cədvəl tərtib edilir.

4.5. İxtisasartırma kurslarında təlim müddəti 80 saatdan az olmamaq şərti ilə müəyyən edilir.

4.6. İxtisasartırma kursunun tədris qrupları əməkdaşların funksional fəaliyyət istiqaməti üzrə xidmət sahəsi nəzərə alınmaqla təşkil olunur.

4.7. Ayrı-ayrı kateqoriya əməkdaşlar üçün konkret təlim müddəti, tədris və tədris-mövzu planları Nazirliyin aidiyyəti struktur bölmələri ilə razılaşdırılır.

4.8. Digər qurumların tədris müəssisələrində ixtisasartırma kursları, həmin tədris müəssisələrinin proqramları, tədris-mövzu planları əsasında keçirilir.

4.9. Dövlət vergi orqanlarının rəhbərləri, ixtisasartırma kursuna göndəriləcək əməkdaşların kurslarda iştirakını planlaşdırmalı, tədris olunan mövzuların öyrənilməsi üçün onlara şərait yaratmalı və nəzarət etməlidirlər.

4.10. Kurs əməkdaşın müvafiq qanunvericilk aktlarma edilmiş dəyişiklikləri mənimsəməsi, peşəkarlıq səviyyəsinin artırılması, o cümlədən xidməti fəaliyyətin ayrı-ayrı məsələlərinin həlli üçün zəruri olan nəzəri biliklərin və praktiki vərdişlərin əldə edilməsi, genişləndirilməsi və möhkəmləndirilməsi məqsədi ilə təşkil edilir.

5. Treninqlər

5.1. Tədris proqramı 80 saatdan (10 tədris günündən) az müddətə nəzərdə tutulmuş kurslar treninq adlanır və yekunda imtahan keçirilmir.

5.2. Treninqlər illik tədris-təlim qrafikinə uyğun olaraq təşkil edilir. Treninqlərin mövzusu, gündəliyi, tədris-mövzu planı və əməkdaşların tərkibi vergi orqanlarının təlabatları əsasında müəyyən edilir və Vergilər Nazirliyinin əmri ilə təsdiqlənir.

5.3. Treninqlər ayrı-ayrı təlim qrupları üçün və ya ümumi olaraq Vergilər Nazirliyinin tədris konsepsiyasına əsasən müvafiq mövzular üzrə təşkil edilir.

6. İxtisasartırma və ilkin hazırlıq kurslarında əməkdaşların bilik səviyyəsinin qiymətləndirilməsi

6.1. Əməkdaşların bilik, bacarıq və peşə vərdişlərinin səviyyəsini müəyyən etmək üçün müasir qiymətləndirmə metodlarından, o cümlədən imtahandan istifadə edilir.

Qiymətləndirmə test üsulu ilə real vaxt (on-layn) rejimində aparılır və test sualları tədris prosesi zamanı tədris edilən mövzular əsasında tərtib edilir.

Testlər tədris prosesinə cəlb edilmiş təlimçilər tərəfindən tərtib edilir. Tərtib edilmiş testlər elektron bazaya daxil edilməzdən əvvəl inventarizasiya olunur.

6.2. Tədris kurslarının səmərəliliyinin təmin olunması nöqteyi-nəzərindən əməkdaşların zəif cəhətlərinin və daha çox diqqət yetirilməli olan məsələlərin dəqiqləşdirilməsi üçün əməkdaşlarm peşə hazırlığının və bilik səviyyəsinin ilkin qiymətləndirilməsi aparıla bilər. İlkin qiymətləndirmə tədris kurslarının başlanğıc mərhələsində (kursun ilk 3 günü) Mərkəz tərəfindən aparılır.

6.3. Tədris kursunun sonunda tərkibi Nazirlik tərəfindən təsdiq olunan İmtahan Komissiyası (bundan sonra Komissiya) tərəfindən əməkdaşların peşə hazırlığının və bilik səviyyəsinin imtahan formasında son qiymətləndirilməsi aparılır.

Komissiyanın tərkibi azı üç nəfərdən ibarət olmaqla say tərkibi tək rəqəmli olmalıdır.

Komissiyanın sədri İnsan resursları idarəsinin Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxslərindən, üzvləri isə Nazirliyin aparatının aidiyyəti rəhbər vəzifəli şəxslərindən və Mərkəzin rəhbər vəzifəli şəxslərindən ibarət olmaqla təşkil edilir.

6.4. İmtahan zamanı əməkdaşların normativ-hüquqi sənədlərdən, təlimatlardan, metodiki göstərişlərdən, elektron məlumat daşıyıcılarından və s.köməkçi vasitələrdən istifadə etməsinə yol verilmir, bu hal aşkarlandıqda imtahan komissiyasının üzvləri tərəfindən aktlaşdırılaraq əməkdaş imtahan zalından çıxarılır və qanunvericiliyə uyğun tədbir görülməsi üçün Mərkəz tərəfindən İnsan resursları idarəsinə məlumat verilir.

6.5. İmtahanın keçirilməsi müddətində imtahan götürülən əməkdaşlardan və komissiya üzvlərindən başqa kənar şəxslərin imtahan prosesində iştirakına icazə verilmir.

6.6. İmtahanın keçirilməsi zamanı əməkdaşların bilik və vərdişlərə yiyələnmə səviyyəsinin qiymətləndirilməsi beş ballıq cədvəl üzrə: "əla", "yaxşı", "kafi", "qeyri-kafi" olmaqla həyata keçirilir.

İmtahan test üsulu ilə keçirilir, testin nəticəsindən asılı olaraq qiymətləndirmə və ona uyğun peşə hazırlığı səviyyəsi barədə rəy (tövsiyə) verilməsi aşağıdakı kimi aparılır:

Test üzrə müəyyən olunmuş maksimum bal (faizlə)  Qiymət Peşə hazırlığı səviyyəsi barədə rəy (tövsiyə)
91-100
Əla
Yüksəkdir
76-90
Yaxşı
Qənaətbəxşdir
61-75
Kafi
Təkmilləşdirilməlidir
0-60
Qeyri-kafi
Qeyri-qənaətbəxşdir

6.7. İmtahanın nəticələrinm qiymətləndirilməsinə görə protokol tərtib edilir. Protokolda keçirilən kurs üzrə tədris proqramının adı, kursun keçirilməsi müddəti, imtahanın keçirildiyi tarix, vaxt və yer, imtahanda iştirak edən əməkdaşın soyadı, adı, atasının adı, işlədiyi vergi orqanının adı, vəzifəsi, bilik səviyyəsi, imtahanın nəticələrinə görə əməkdaşlara münasibətdə komissiyanın rəyi (tövsiyələri) göstərilir.

İmtahan protokolu komissiyanın sədri və komissiya üzvləri tərəfindən imzalanır. Tərtib olunmuş protokollar 5 (beş) il müddətinə Mərkəzdə saxlanılır.

İmtahan protokolunun forması Nazirlik tərəfindən təsdiq olunur.

6.8. İmtahanın nəticələri imtahandan dərhal sonra komissiya tərəfindən elan edilir.

6.9. İmtahanın nəticələri Komissiyanın sədri tərəfindən AVİS-in kargüzarlıq altsistemində imzalandıqdan sonra işçilərin AVİS kadr altsistemində elektron şəxsi iş qovluğuna avtomatlaşdırılmış formada əlavə olunur və aidiyyəti struktur bölmələrə məlumat üçün paylanır. Eyni zamanda imtahanın nəticələri əməkdaşın fəaiyyətinin qiymətləndirilməsi üzrə bilik meyarının müəyyən edilməsi üçün avtomatik olaraq müvafiq modulda əks etdirilir.

6.10. İmtahanın yekununda bilik və vərdişlərə yiyələnmə səviyyəsi "əla", "yaxşı" və "kafi" qiymətləndirilən əməkdaşlara ixtisasartırma və ilkin hazırlıq kursu üzrə müvafiq təhsil sənədi - şəhadətnamə verilir və kursu keçmiş hesab edilir. Şəhadətnamə Komissiyanın sədri və Mərkəzin rəisi tərəfindən imzalanaraq

Mərkəzin möhürü ilə təsdiq edilir. Şəhadətnamənin forması Nazirlik tərəfındən təsdiq olunur və əməkdaşın şəxsi sənədi hesab olunur.

6.11. İmtahan zamanı bilik və vərdişlərə yiyələnmə səviyyəsi "qeyri-kafi" qiymətləndirilən əməkdaşlara şəhadətnamə verilmir.

Əməkdaşlar barədə İnsan resursları idarəsinə və xidmət yerinə məlumat verilməklə xidmət yerinə qaytarılır. Xidmət yerində həmin əməkdaşlar xidməti vəzifələrini icra etməklə yanaşı azı 1 ay müddətində fərdi hazırlıq keçir və yenidən Tədris Mərkəzində imtahan verməsi üçün şərait yaradılır.

Təkrar imtahandan qeyri-kafi qiymət alan, fərdi söhbət-sorğudan keçə bilməyən vergi orqanlarında 1 ildən çox fəaliyyət göstərən və sonuncu attestasiyasından 3 ildən çox müddət keçən əməkdaşların xidmətə yararlılığı məsələsinə attestasiya komissiyasında baxılır.

Təkrar imtahandan qeyri-kafi qiymət alan, fərdi söhbət-sorğudan keçə bilməyən vergi orqanlarında 1 ildən az fəaliyyət göstərən və sonuncu attestasiyasından 3 il keçməyən, eyni zamanda Əmək Məcəlləsinə əsasən attestasiya olunmayan əməkdaşlar barəsində Nazirliyin Attestasiya Komissiyası müvafiq tövsiyə verir. Həmin tövsiyə əməkdaşın çalışdığı struktur vahid və ya bölmənin rəhbərinə göndərilir. Struktur vahid və ya bölmənin rəhbəri əməkdaşın əmək funksiyalarının icrası vəziyyəti barədə İnsan resursları idarəsinə məlumat təqdim edir. Əməkdaşın fəaliyyəti İnsan resursları idarəsi tərəfindən araşdırılır, ümumiləşdirilir və vergilər nazirinə məruzə olunur, nəticəsindən asılı olaraq əməkdaş barəsində əmək qanunvericiliyinə uyğun tədbir görülür.

7. Yekun müddəalar

7.1. Tədris kurslarında və treninqlərdə daxili intizam qaydalarını pozan, kurslar üçün hazırlanmış tədris-mövzu planında nəzərdə tutulmuş saatların 30 faizində iştirak etməyən və s. pozuntulara yol vermiş əməkdaşlar barədə İnsan resursları idarəsinə və onun xidmət yerinə məlumat verilir. İnsan resursları idarəsi tərəfindən qeyd olunan hallar üzrə müvafiq araşdırma aparılaraq üzrlü və ya üzrsüz olması müəyyənləşdirilir, əməkdaşın mövcud qanunverciliyə uyğun olaraq məsuliyyət məsələsinə baxılır və məqsədəmüvafiq hesab edildiyi təqdirdə təkrar kursa göndərilməsi məsələsi həll edilir.

7.2. Kurslara cəlb olunan əməkdaşlar tədris kursunda iştirak etdiyi ilk gündən bu Qaydalarla tanış edilirlər.