Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Birləşmiş Krallığın ixrac üzrə naziri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyində keçirilmiş görüşdə Birləşmiş Krallığın ixrac üzrə naziri Lord Malkolm Offordla iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və perspektiv istiqamətləri müzakirə olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ixrac üzrə naziri Lord Malkolm Offordla görüşüb.

Nazir Mikayıl Cabbarov ölkələrimiz arasında münasibətlərin inkişafını, iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndiyini vurğulayıb. Bildirilib ki, Birləşmiş Krallıqla səmərəli ticarət-investisiya əməkdaşlığı həyata keçirilir. Birləşmiş Krallıq Azərbaycana ən çox investisiya yatıran ölkədir.

Görüşdə Azərbaycanda bərpa olunan enerji mənbələrinin yaradılması istiqamətində həyata keçirilən tədbirlər və əldə olunan nailiyyətlər, region ölkələri ilə “yaşıl” enerji sahəsində əməkdaşlıq təşəbbüsləri barədə məlumat verilib, SOCAR-ın metan tullantılarının sıfıra endirilməsi ilə bağlı könüllü öhdəlik götürdüyü diqqətə çatdırılıb. İqtisadiyyat Nazirliyi ilə Britaniyanın Azərbaycanda Ticarət və Sənaye Palatası arasında işçi qrupunun fəaliyyətinin iqtisadi tərəfdaşlığın genişlənməsində əhəmiyyəti vurğulanıb.

Lord Malkolm Offord ölkəsinin Azərbaycanla iqtisadi-ticarət əlaqələrin inkişafına önəm verdiyini, yeni əməkdaşlıq sahələrini, birgə təşəbbüslərin reallaşdırılması imkanlarını qeyd edib.

Görüşdə növbəti il Londonda planlaşdırılan İnvestiya Forumunun təşkili, enerji, dekarbonizasiya sahəsində birgə fəaliyyətin stimullaşdırılması, ixrac, investisiya, ticarət sahələrində qarşılıqlı təşəbbüslərin dəstəklənməsi məsələləri müzakirə olunub.