Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Tacikistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda ilə görüşdə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində iqtisadi-ticarət əlaqələrinin və investisiyaların təşviqi, biznes dialoqunun genişləndirilməsi və digər məsələlər müzakirə edilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən SPECA Həftəsi çərçivəsində Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda ilə görüşüb. İqtisadiyyat naziri  ölkəmizin Tacikistanla iqtisadi əlaqələrin inkişafına önəm verdiyini diqqətə çatdırıb. SPECA Həftəsi çərçivəsində keçirilən İqtisadi Forum və görüşlərin Mərkəzi Asiya ilə əlaqələrin gücləndirilməsinə töhfə verdiyi bildirilib. Qeyd olunub ki, iki ölkə arasında energetika, kənd təsərrüfatı, sənaye və digər sahələr üzrə əməkdaşlığın möhkəmləndirilməsi üçün böyük potensial var. Aqrar-sənaye klasterinin yaradılması kimi birgə layihələr hər iki ölkənin iqtisadiyyatına töhfə verə bilər.  

Zavki Zavkizoda ölkəsinin Azərbaycanla iqtisadi əməkdaşlığın inkişafına önəm verdiyini qeyd edib, tərəfdaşlığın müxtəlif istiqamətləri, o cümlədən tranzit sahəsi üzrə genişləndirilməsi barədə fikirlərini bölüşüb.

Görüşdə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşlığın perspektivləri, iqtisadi-ticarət əlaqələrinin və investisiyaların təşviqi, biznes dialoqunun inkişafı və digər məsələlər müzakirə edilib.