Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Naxçıvan MR-də sosial sığorta haqları üzrə daxilolmalar 11,6 faiz artıb

Naxçıvan Muxtar Respublikasında 2023-cü ilin yanvar - oktyabr ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 120,1 milyon manatdan çox olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,6 faiz və ya 12,5 milyon manat çoxdur. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2022-ci ilin eyni dövrünə nisbətən 20 faiz artaraq 36,2 milyon manatdan çox təşkil edib.

2023-cü ilin 10 ayında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 17 faiz artaraq 3,2 milyon manatdan çox olub. Həmin dövrdə icbari tibbi sığorta haqları üzrə daxilolmalar 20 milyon manatdan çox olmaqla, ötən ilin eyni dövrünə nisbətən 5,5 faiz artıb.