Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Dövlət Vergi Xidməti CIAT-ın konfransında təmsil olunub

Ekvadorun paytaxtı Kito şəhərində Amerikadaxili Vergi Administrasiyaları Mərkəzinin (CIAT) “Beynəlxalq vergitutma çərçivəsində vergidən yayınmanın azaldılması üzrə qabaqcıl təcrübələr” mövzusunda texniki konfransı keçirilib. CIAT-ın tədbirlərinə ilk dəfə qoşulan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini konfransda xidmət rəisinin müşaviri Sərxan Həşimov və Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin əməkdaşı Emil Kərimov təmsil ediblər.

Konfransın proqramı Vergitutma Bazasının Aşınması və Mənfəətin Köçürülməsi (BEPS) tədbirlərinin icrası ilə bağlı təcrübələr, rəqəmsal iqtisadiyyatda vergitutma məsələsinə dair beynəlxalq debatlar, eləcə də beynəlxalq əməkdaşlıq və məlumat mübadiləsi mövzularını əhatə edib.

Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti CIAT rəhbərliyi ilə ikitərəfli görüşlər keçirib. Müzakirələr zamanı iqtisadiyyatın rəqəmsallaşmasından yaranan vergitutma problemlərinin həllinə töhfə verəcək proqram təminatının ölkəmizdə quraşdırılması, həmçinin Azərbaycanın təşkilata üzvlük məsələlərinə dair fikir mübadiləsi aparılıb.