Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

“İqtisadi zona” proqramı təltif olunub

İqtisadiyyat Nazirliyində 6 noyabr - Azərbaycan Televiziyası və Radiosu Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə iqtisadiyyatla bağlı keyfiyyətli süjet, xəbər və verilişlərin ərsəyə gəlməsində fərqlənən televiziya işçiləri Fəxri Fərmanla təltif edilib, onlara xatirə hədiyyəsi təqdim olunub. Təltifləri iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev təqdim edib.

Təltif olunanlar arasında Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında yayımlanan “İqtisadi zona” proqramının müəllifi və aparıcısı, Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsinin əməkdaşı Günel Bəhramqızı da var.

Qeyd edək ki, “İqtisadi zona” proqramı ATV ilə Dövlət Vergi Xidmətinin birgə layihəsidir. Veriliş iqtisadi mövzuda ixtisaslaşmış azsaylı proqramlardan olmaqla həftə ərzində Azərbaycanda və dünyada baş verən ən vacib iqtisadi yenilikləri geniş tamaşaçı kütləsinə çatdırır, ölkənin iqtisadi mənzərəsini əks etdirən məlumatlandırıcı və maarifləndirici proqram xarakteri daşıyır.

Həmkarımızı təbrik edir, yaradıcılıq uğurları arzulayırıq!