Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Musiqi, əyləncə və digər xidmət fəaliyyəti ilə məşğul olan şəxslərin əldə etdikləri gəlirlərin uçotuna nəzarətin gücləndirilməsi tədbirləri barədə Əmr (N F-144)

ƏMR

Musiqi, əyləncə və digər xidmət fəaliyyəti ilə məşğul olan şəxslərin əldə etdikləri gəlirlərin tam həcmdə uçota alınmasi və vergiyə cəlb edilməsini təmin etmək məqsədi ilə 

ƏMR  EDİRƏM:

1. «Musiqi, əyləncə və digər xidmət fəaliyyəti ilə məşğul olan şəxslərin əldə etdikləri gəlirlərin uçotuna nəzarətin həyata keçirilməsi və gəlirlərin Qeydiyyatı kitabının doldurulması Qaydaları» təsdiq edilsin (əlavə olunur).

2.  Qaydalar dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim edilsin.

3. Qaydalar Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir.

4. Qaydalar qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası Vergilər Nazirliyinin 25 iyun 2003-cü il tarixli A-135 saylı əmri qüvvədən düşmüş hesab edilsin.

5. Naxçıvan MR Vergilər Nazirliyinə, Bakı şəhəri Vergilər Departamentinə və Ərazi Vergilər İdarələrinə tapşırılsın ki, hər ayın 1-i vəziyyətinə bütün obyektlərdən keçirilmiş tədbirlərdə ayrı-ayrı musiqiçilərin, əyləncə və digər xidmətlər göstərən şəxslərin iştirakı barədə məlumatlar toplayıb, icmallaşdıraraq, aidiyyəti üzrə tədbirlər görülməsi üçün növbəti ayın 5-nə qədər Vergilər Nazirliyinin Operativ nəzarət və İqtisadi təhlil və uçotun təşkili idarələrinə təqdim etsinlər.

6. Vergi ödəyicilərinin auditi baş idarəsinin rəisi Müsavər Nəbiyevə (əmr №–F-285 03.12.2004) tapşırılsın ki, musiqi, əyləncə və digər xidmətlər göstərən şəxslərin əldə etdikləri gəlirlərinin tam həcmdə vergiyə cəlb edilməsinə ciddi nəzarəti təmin etsin.

7. Operativ nəzarət idarəsinin rəisi Sahib Həşimova tapşırılsın ki, vergi orqanlarında uçota durmadan musiqi, əyləncə və digər xidmətlər göstərən şəxslərin aşkar edilməsinə nəzarətin gücləndirilməsini təmin etsin.

8. Vergilər Nazirliyinin Koordinasiya idarəsinin rəisi Sevda Məmmədovaya tapşırılsın ki, bu əmrin suratinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasını təmin etsin.

Nazir,
2-ci dərəcəli dövlət
vergi xidməti müşaviri 
F.Məmmədov

 

«Dövlət qeydiyyatına alınmışdır
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
Qeydiyyat №– 3070
17 iyul 2004-ci il

Nazir 
__________ FİKRƏT MƏMMƏDOV

 

«Təsdiq edirəm»
Azərbaycan Respublikasının
Vergilər Nazirliyi
Əmr №– F-144
08 iyul 2004-ci il

Nazir 
__________ FİKRƏT MƏMMƏDOV

 

Musiqi, əyləncə və digər xidmət fəaliyyəti ilə məşğul olan şəxslərin əldə etdikləri gəlirlərin uçotuna nəzarətin həyata keçirilməsi və gəlirlərin qeydiyyatı kitabının doldurulması qaydaları

Ümumi müddəalar

Bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına uyğun hazırlanmış, musiqi, əyləncə və digər xidmətlər göstərən şəxslərin gəlirlərinin tam uçota alınmasına vergi nəzarətini müəyyən edir.

 

Musiqi, əyləncə və digər xidmət fəaliyyəti ilə məşğul olan şəxslərin əldə etdikləri gəlirlərin uçotuna nəzarətin həyata keçirilməsi qaydaları

Vergi Məcəlləsinin 32.4-cü maddəsinin müddəalarına uyğun olaraq vergi orqanları musiqi, əyləncə və digər xidmət fəaliyyəti ilə məşğul olan şəxslərə vergi nəzarətini vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotunu aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla, vergi ödəyiciləri və digər şəxslər arasında sorğu aparmaqla, gəlir əldə etmək üçün istifadə olunan binalara baxış keçirməklə və Vergi Məcəlləsi ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər.

Musiqi, əyləncə və digər xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin uçotu Vergi Məcəlləsinin 33 və 34-cü maddələri ilə müəyyən edilmiş hallarda və qaydada həyata keçirilir.

Musiqi, əyləncə və digər xidmət fəaliyyəti ilə məşğul olan şəxslərin vergitutma obyektlərinin uçotunun aparılmasına nəzarət, gəlir əldə etmək üçün istifadə olunan binalara baxış keçirilməsi, uçot və hesabat məlumatlarının yoxlanılması Vergi Məcəlləsinin 36-cı maddəsinin müddəalarına uyğun olaraq kameral və ya səyyar vergi yoxlamaları aparılmaqla həyata keçirilir.

Musiqi, əyləncə və digər xidmət fəaliyyəti ilə məşğul olan şəxslərin fəaliyyatinə operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50-ci maddəsi ilə müəyyən edilmiş hallarda və qaydada həyata keçirilir.

Musiqi, əyləncə və digər xidmət fəaliyyəti ilə məşğul olan şəxslərin əldə etdikləri gəlirlərin tam uçota alınmasını təmin etmək məqsədi ilə istirahət, əyləncə, ictimai iaşə və digər obyektlər ərazi üzrə aidiyyəti vergi orqanı tərəfindən Vergilər Nazirliyinin müəyyən etdiyi formada hazırlanmış «Qeydiyyat kitabı» ilə təmin edilirlər (Əlavə 1).

«Qeydiyyat kitabı» ərazi vergi orqanı tərəfindən nömrələnir və möhürlənir.

«Qeydiyyat kitabı»nda müvafiq qeydlər hər bir musiqiçinin və digər əyləncə xidmətləri göstərən şəxsin çıxışına (ifasına) başlamazdan əvvəl aparılır.

Ərazi üzrə vergi orqanı tərəfindən «Qeydiyyat kitabı»nda göstərilmiş məlumatlar hər ayın yekunu üzrə təhlil edilir, hər bir musiqi, əyləncə və digər xidmətlər göstərən şəxs barədə həmin kitabın formasına uyğun məlumatlar göstərilməklə onun uçotda olduğu vergi orqanına məlumat verilir.

  

Musiqi, əyləncə və digər xidmətlər göstərən şəxslərin qeydiyyat kitabının doldurulması qaydaları

Qeydiyyat kitabının cildinin üst hissəsində ərazi üzrə vergi orqanının adı, istirahət, ictimai iaşə, və digər obyektin məxsus olduğu vergi ödəyicisinin adı, eyniləşdirmə nömrəsi və obyektin yerləşdiyi ünvan göstərilir.

Qeydiyyat kitabında aşağıdakı məlumatlar əks olunur:

1. qeydiyyatın sıra sayı;

2. musiqi, əyləncə və digər xidmətlər göstərən şəxsin soyadı, adı və atasının adı;

3. musiqi, əyləncə və digər xidmətlər göstərən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;

4. musiqi, əyləncə və digər xidmətlər göstərilən tarix;

5. xidmətin başlandığı və sona çatdığı vaxt;

6. istirahət, əyləncə, ictimai iaşə və digər obyektlərin məxsus olduqları vergi ödəyiciləri ilə xidmətlər göstərən şəxslər arasında bağlanmış müqavilələrdə göstərilən ödənilməli məbləğ;

7. istirahət, əyləncə, ictimai iaşə və digər obyektlərin məxsus olduqları vergi ödəyicisinin və onun səlahiyyətli nümayəndəsinin soyadı, adı və atasının adı;

8. istirahət, əyləncə, ictimai iaşə və digər obyektlərin məxsus olduqları vergi ödəyicisinin və onun səlahiyyətli nümayəndəsinin imzası;

9. musiqi, əyləncə və digər xidmətlər göstərilən şəxsin imzası;

10. digər qeydlər.

 

Məsuliyyət

Bu qaydaların tələblərinin pozulması qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə səbəb olur.

Azərbaycan Respublikası vergilər nazirinin 8 iyul 2004-cü il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Musiqi, əyləncə və digər  xidmət fəaliyyəti ilə məşğul olan şəxslərin  əldə etdikləri gəlirlərin uçotuna nəzarətin  həyata keçirilməsi qaydaları» na  1№–-li əlavə

  

Sıra sayı musiqi, əyləncə və digər xidmətlər gəstərən şəxslərin musiqi, əyləncə və digər xidmətlər gəstərən şəxslərin çıxış etdikləri Müqaviləyə əsasən musiqi, əyləncə və digər xidmətlər gəstərən şəxslərə ödənilməli məbləğ Musiqi, əyləncə və digər xidmətlər gəstərən şəxslərə ödənilmiş nağd pulun məbləği obyektin məxsus olduğu vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin Musiqi, əyləncə və digər xidmətlər gəstərənin imzası Qeyd
A.S.A. VÖEN-i tarix Çıxış başlandığı və qurtardığı vaxt A.S.A. İmzası
1
2
3
4
5
6
7
8
9
10
11