"Sıfır faiz (0%) dərəcəsi ilə ƏDV-yə cəlb olunma haqqında" sertifikatın verilməsi
Bu xidmət sıfır faiz (0%) dərəcəsi ilə ƏDV-yə cəlb olunma haqqında Sertifikatın verilməsini əhatə edir. Sözügedən sertifikatın verilməsi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Podratçı Tərəflər arasında imzalanmış Azərbaycan sektorunda neft yataqlarının hasilatının pay bölgüsü haqqında Sazişlərə dair "Əlavə Dəyər Vergisi haqqında Protokol"a əsaslanır. Xidmətdən istifadə etmək üçün vergi ödəyiciləri müvafiq ərizə ilə Milli Gəlirlər Baş idarəsinə və ya burada yerləşən xidmət mərkəzinə müraciət edə bilərlər.
Xidmət tam elektronlaşdırılıb və vergi ödəyiciləri gücləndirilmiş elektron imzadan istifadə etməklə İnternet Vergi İdarəsi üzərindən (www.e-taxes.gov.az) Dövlət Vergi Xidmətinə elektron müraciət edə bilərlər. Bu halda vergi ödəyicisinə Sertifikatın qəbul edilməsi haqqında bildiriş göndərilir.
Ətraflı məlumat üçün:
https://www.taxes.gov.az/az/page/vs2023
https://login.e-taxes.gov.az/login/
https://www.taxes.gov.az/az/page/elaqe