Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Hindistanın ticarət və sənaye üzrə dövlət naziri, Azərbaycan-Hindistan Hökumətlərarası Komissiyasının həmsədri xanım Anupriya Patel ilə görüşüb.

Azərbaycan və Hindistan arasındakı mövcud iqtisadi əlaqələrə və əməkdaşlığın genişləndirilməsi imkanlarına dair qarşılıqlı fikir mübadiləsinin aparıldığı görüşdə Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyəti vurğulanıb, sənaye, energetika, kənd təsərrüfatı, əczaçılıq, nəqliyyat-tranzit, İKT və s. sahələrdə əməkdaşlıq potensialı, eləcə də qarşılıqlı investisiya qoyuluşlarına dair imkanlar diqqətə çatdırılıb.

Tərəflər hər iki ölkənin biznes dairələri arasında tərəfdaşlığın genişləndirilməsi və iqtisadi-ticarət əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparıblar.