Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Qeyri-kommersiya hüquqi şəxsin vergi uçotuna alınması

Bu xidmət qeyri-kommersiya hüquqi şəxsin vergi uçota alınmasını əhatə edir. Xidmət nəticəsində qeyri-kommersiya hüquqi şəxs vergi uçotuna alınaraq ona Şəhadətnamə verilir. Şəhadətnamə elektron kabinetə göndərilir, ərizədə qeyd olunduğu halda əlavə olaraq kağız daşıyıcıda verilir.
Xidmətdən istifadə etmək üçün vergi ödəyiciləri ərizə, təsisçi fiziki şəxs olduqda - təsisçi-fiziki şəxslər barədə məlumat, təsisçi hüquqi şəxs olduqda - təsisçi-hüquqi şəxslər barədə məlumat, dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin, nizamnamənin (və ya əsasnamənin) notariat qaydasında təsdiq edilmiş surəti, rəhbərin təyin olunmasını və hüquqi şəxsin ünvanını təsdiq edən sənədin surəti, hüquqi şəxsin rəhbərinin (təmsilçisinin) şəxsiyyətini təsdiq edən sənədin surəti, olduğu yer (ünvanı) haqqında məlumat, ərizə ilə müraciət edənin şəxsiyyət vəsiqəsi, etibarnamə (ərizə vəkil olunan şəxs tərəfindən imzalandıqda) ilə birgə ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri, Milli Gəlirlər Baş İdarəsi (yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələrinə müraciət edə bilərlər.
Ödəyici hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlərdə və ya qanunlarda, o cümlədən neft və qaz haqqında qanunlarda nəzərdə tutulmuş və VM-dən fərqli olan müddəalar ilə tənzimlənən vergi ödəyicisi, xarici ölkələrin səfirlikləri və onlara bərabər tutulan diplomatik nümayəndəliklər olduqda “Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat”, yenidən təşkil nəticəsində yaradılan qeyri-kommersiya hüquqi şəxs olduqda isə “Yenidən təşkil olunmuş hüquqi şəxs barədə məlumat” da təqdim etməlidir. 

Əlaqə üçün: 
https://www.taxes.gov.az/az/page/elaqe
https://www.taxes.gov.az/az/page/vs2023