Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergi ödəyicisinin filial və ya nümayəndəliyinin fəaliyyətinin bərpa edilməsi

Bu xidmət vergi ödəyicisinin filial və ya nümayəndəliyinin fəaliyyətinin bərpa edilməsini əhatə edir. 
Xidmət çərçivəsində vergi ödəyicisinin filialının, nümayəndəliyinin fəaliyyəti bərpa olunur və ona bu barədə bildiriş verilir. Xidmətdən istifadə etmək üçün vergi ödəyiciləri ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri, Milli Gəlirlər Baş İdarəsi (yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələrinə, KOB evlərinə müraciət edə bilərlər.
Xidmət tam elektronlaşdırılıb və vergi ödəyicilərinin gücləndirilmiş elektron imzadan istifadə etməklə İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsilə elektron qaydada da müraciət etməsi mümkündür. Xidmət nəticəsində vergi ödəyicisinin filial və ya nümayəndəliyinin fəaliyyətinin bərpa edilməsi haqqında bildiriş İnternet Vergi İdarəsi Portalı vasitəsilə elektron kabinetə göndərilir. Vergi ödəyicisi vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etməklə “Əsli ilə düzdür” möhürü vurulmuş surəti əldə edə bilər.

Ətraflı məlumat üçün:
https://www.taxes.gov.az/az/page/vs2023
https://login.e-taxes.gov.az/login/
https://www.taxes.gov.az/az/page/elektron-xidmetler