Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

DTA-05 formasının təsdiq edilməsi

Bu xidmət «Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirindən artıq tutulmuş vergilərin geri qaytarılması haqqında Ərizənin» (DTA-05 forması) təsdiq edilməsini əhatə edir. DTA-05 Ərizə forması Azərbaycan Respublikası və xarici dövlət arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilədə məhdud vergitutma və ya azadolma nəzərdə tutulduğu halda həmin xarici dövlətin rezidenti tərəfindən Azərbaycan Respublikasında artıq ödənilmiş və ya ondan ödəmə mənbəyində artıq tutulmuş vergilərin geri qaytarılması məqsədilə həmin qeyri-rezident tərəfindən doldurulur və Azərbaycan Respublikasında ona gəlir ödəyən şəxsin uçotda olduğu vergi orqanına təqdim edilir. 
Xidmətdən istifadə etmək üçün vergi ödəyiciləri “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirindən artıq tutulmuş vergilərin geri qaytarılması haqqında Ərizə”ni (DTA-05 formasını), habelə rezidentliyi təsdiq edən rezidentlik sertifikatı, gəlirin ödənilməsinə əsas verən, gəliri əldə edən şəxsin həmin gəlirin faktiki sahibi olduğunu və həmin gəlirdən müvafiq vergilərin faktiki olaraq ödənildiyini (tutulduğunu) sübut edən bütün təsdiqedici sənədlərlə birgə ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə  xidmət mərkəzləri, Milli Gəlirlər Baş idarəsi (yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, rayon vergilər şöbələrinin vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturlarına müraciət edə bilərlər. 
Vergi ödəyicilərindən gəlirin növündən asılı olaraq (göstərilmiş xidmətlərdən gəlirlər, dividend, faiz, royalti, beynəlxalq daşımalardan gəlir, digər gəlirlərlə bağlı) əlavə edilməli olan təsdiqedici sənədlər də tələb oluna bilər. Xidmət nəticəsində vergi ödəyicilərinə büdcəyə artıq ödəmələrinin qaytarılması barədə rəy təqdim edilir. 
DTA-05 forması hər bir gəlir ödəyən şəxs üzrə ayrılıqda təqdim edilir. DTA-05 formasının vergi orqanı tərəfindən araşdırılması zamanı qeyri-rezidentə ödənilməli olan məbləğin tam şəkildə ödənilməsi təsdiqlənərsə və artıq ödənilmiş (tutulmuş) vergilər, gəlir ödəyən şəxsin (vergi agentinin) müvafiq dövr üzrə təqdim etdiyi mənfəət (gəlir) vergisi bəyannaməsində vergi orqanı tərəfindən xərclərdə nəzərə alınmamışdırsa, həmin vergi məbləği gəlir ödəyən şəxsin digər vergi öhdəlikləri ilə əvəzləşdirilir. 
Xidmət tam elektronlaşdırılıb və vergi ödəyiciləri gücləndirilmiş elektron imzadan istifadə etməklə İnternet Vergi İdarəsi üzərindən (www.e-taxes.gov.az) Dövlət Vergi Xidmətinə müraciət edə bilərlər.

Əlavə məlumat üçün: 
https://www.taxes.gov.az/az/page/ikiqat-vergitutmanin-aradan-qaldirilmasi-haqqinda-beynelxalq-muqavilelerin-inzibatciligi-qaydalari
https://www.taxes.gov.az/az/page/tez-tez-verilen-suallar
https://www.taxes.gov.az/az/page/vs2023