Kommersiya qurumunun və publik hüquqi şəxsin ləğv prosesində olması barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi
Bu xidmət kommersiya hüquqi şəxsin, xarici kommersiya hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliyinin, publik hüquqi şəxsin ləğv prosesində olması barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsini əhatə edir. Kommersiya hüquqi şəxsin, xarici kommersiya hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliyinin ləğvetmə prosesində olması barədə qeyd reyestrə daxil edildikdən sonra bu barədə təsviyəçiyə hüquqi şəxslərin dövlət reyestrindən çıxarış verilir. Xidmətdən istifadə etmək üçün ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin Kommersiya və publik hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, Milli Gəlirlər Baş idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, Ərazi Vergilər Baş İdarələrinin və Ərazi Vergilər İdarələrinin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələrinə müraciət edə bilərsiniz.
Əlaqə üçün: https://www.taxes.gov.az/az/page/elaqe