Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Hörmətli vergi ödəyiciləri!

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 iyun 2023-cü il tarixli 180 nömrəli Qərarı ilə “İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik eneriisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi Qaydası” təsdiq edilib (https://e-qanun.az/framework/54334).

Qaydaların 1 nömrəli əlavəsinə uyğun formada müvafiq məlumatları, kommunal xidmətlərin dəyərinin ödənilməsini təsdiqləyən sənədləri (rəsmi formada imza və möhürlə tədiq edilmiş bank çıxarışlarını), istehsal fəaliyyətinin göstərildiyi təsərrüfat subyektində kommunal xidmətlərdən istifadəyə dair aidiyyəti dövlət müəssisələri ilə bağlanılmış müqavilələri və bildirişə əlavə edilmiş formada məlumat formasını vergi orqanına təqdim etməklə istehlak olunmuş kommunal xidmətlər üzrə maliyyə yardımının verilməsi ilə bağlı dəstək proqramından yararlanmaq imkanı yaradılıb.

İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar maliyyə dəstəyi proqramından yararlanmaq üçün qeydiyyatda olduqları vergi orqanına müraciət etməlidirlər.