Vergi ödəyiciləri elektron kabinetə gücləndirilmiş elektron imza vasitələrilə daxil ola biləcəklər
2024-cü il yanvar ayının 1-dən etibarən vergi ödəyicilərinin vergi orqanı tərəfindən verilmiş kod-paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq imkanları məhdudlaşdırılacaq. Vergi ödəyiciləri yalnız gücləndirilmiş elektron imza vasitələrindən istifadə etməklə bu imkandan yararlana biləcəklər.