Gürcüstanın Baş naziri Azərbaycanın Iqtisadiyyat nazirini qəbul edib
Gürcüstan və Azərbaycan arasında mövcud strateji əlaqələr və əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycanın Iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib.
Qəbulda iqtisadi münasibətlərin genişləndirilməsi barədə aparılan müzakirələrin önəmi, tərəfdaşlığın inkişafı istiqamətləri vurğulanıb, potensial layihələrin həyata keçirilməsinin ölkələrimiz üçün faydaları qeyd olunub. Görüşdə mövcud strateji əlaqələr və əməkdaşlığın gələcək perspektivləri nəzərdən keçirilib.