“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 15 aprel tarixli 117 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018- ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 15 aprel tarixli 117 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 4, maddə 588) 10-cu hissəsi aşağıdakı redaksiyada verilsin:
“10. Bu Qərarın 8-ci hissəsi 2023-cü il yanvarın 1-dən tətbiq edilir, digər hissələri isə 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.”.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 26 sentyabr 2023-cü il № 343