Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Macarıstanla iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Azərbaycan-Macarıstan iqtisadi əməkdaşlığının inkişaf istiqamətləri, qarşılıqlı investisiyaların təşviqi və birgə layihələrin icrası imkanları müzakirə edilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov və Macarıstanın iqtisadi inkişaf naziri Marton Nad arasında videokonfrans formatında görüş keçirilib.

Görüşdə Azərbaycan-Macarıstan iqtisadi-ticarət əlaqələrinin dinamik inkişaf etdiyi və iki ölkə arasında ticarət dövriyyəsinin artdığı qeyd olunub, iş adamları arasında sıx əlaqələrin və keçirilmiş görüşlərin əməkdaşlığın möhkəmlənməsində rolu vurğulanıb. Bildirilib ki, energetika, sənaye, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, qida, əczaçılıq və s. sahələrdə tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanlar var. Nazir qeyd edib ki, “Azərbaycan İnvestisiya Şirkəti” ASC və Macarıstanın “Hell Energy” şirkəti arasında imzalanmış investisiya müqaviləsinə uyğun olaraq Ələt Azad İqtisadi Zonasında alüminium içki qutularının istehsalı və doldurulması zavodunun inşası səmərəli biznes əməkdaşlığının uğurlu nümunəsidir.

Görüşdə Azərbaycanda özəl və xarici şirkətlərin fəaliyyəti üçün yaradılmış imkanlar və biznes mühiti barədə məlumat verilib, Macarıstan şirkətləri fəal tərəfdaşlığa dəvət edilib.

Marton Nad enerji təhlükəsizliyi baxımından ölkəmizlə əməkdaşlığın əhəmiyyətinə toxunaraq, iqtisadi  tərəfdaşlığın gücləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Tərəflər Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlığın inkişaf istiqamətləri, ticarət əlaqələrinin, qarşılıqlı investisiyaların təşviqi və birgə layihələrin icrası imkanları barədə fikir mübadiləsi aparıblar.