Bir sıra bəyannamə, əlavə formaları və tərtib olunması qaydaları təsdiq edilib
Vergi Məcəlləsinə, “Sosial sığorta haqqında” və “Dövlət rüsumu haqqında” qanunlara əlavə və dəyişikliklərlə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bəzi bəyannamə, həmin bəyannamələrə əlavələrin formaları və tərtib olunması qaydalarında müvafiq dəyişikliklər təsdiq edilib. Yeni redaksiyada təsdiq edilmiş bəyannamə formaları aşağıdakılardır:
-
“Dövlət rüsumunun tutulması haqqında hesabat”ın forması və tərtib edilməsi Qaydası;
-
“Əlavə dəyər vergisinin bəyannaməsinə Əlavə №5” forması və tərtib edilməsi Qaydası;
-
“Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat) forması və tərtib edilməsi Qaydası;
-
“Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannaməyə (hesabata) Əlavə №1” (İşçilər (sığortalananlar) barədə məlumat) forması və tərtib edilməsi” Qaydası.
Bəyannamə (hesabat) formaları və doldurulma qaydaları ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:
https://www.taxes.gov.az/az/page/beyanname-erize-formalari-arayis-hesabat-ve-qerarlar