Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Naxçıvanda vergi xidmətlərindən istifadə səviyyəsi artır

2023-cü ilin may ayında istifadəyə verilmiş Naxçıvan Şəhər Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət mərkəzi tərəfindən may-avqust ayları ərzində ümumilikdə 6.429 sayda qəbul həyat keçirilib. Vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu və vergi orqanlarında qeydiyyat, bəyannamələrin, cari vergi ödəmələrinin hesablanması və s. barədə 9.711 xidmət göstərilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə qəbul edilmiş vətəndaşların sayından 2 dəfə, göstərilən xidmətlərin sayından isə 3 dəfə çoxdur.

Hesabat dövründə mərkəz tərəfindən 1.070 müraciət üzrə 1.844 Asan İmza sertifikatı verilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müraciət edənlərin sayında 2,6 dəfə, təqdim olunan Asan İmza sayında isə 3 dəfə artım deməkdir.