Naxçıvanda avqust ayı üzrə vergi daxilolmaları 60 faiz artıb
Naxçıvan Muxtar Respublikasında (MR) vergi daxilolmalarında müsbət dinamika davam edir. 2023-cü ilin 8 ayında muxtar respublikanın Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə büdcəyə 106,8 milyon manatdan çox vergi daxil olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 41 faiz və ya 31 milyon manat çoxdur. Naxçıvan MR DVX-də qeydiyyatda olan vergi ödəyiciləri üzrə vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 50 faiz və ya 35 milyon manat artıb.
Cari ilin avqust ayı üzrə vergi daxilolmalarında 2022-ci ilin müvafiq dövrünə nisbətən 60 faiz və ya 6 milyon manat artım qeydə alınıb.